Mart və Aprel aylarında beşgünlük və altıgünlük iş həftəsi ilə çalışanlarda istehsalat norması necə olacaq?
- NusratKhalilov
- 17-фев-2025, 08:23
- 0 Şərhlər
- 93 baxış

Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.
Əmək Məcəlləsinin 96-cı maddəsinə əsasən, hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 16 dekabr 2024-cü il tarixli, 3-17/3-5-31/2024 nömrəli qərarı ilə 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilmişdir.
2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 dekabr 2024-cü il 521 nömrəli Qərarına əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2024-cü il 11 dekabr tarixli 521 nömrəli Qərarına əsasən 2025-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:
1, 2 yanvar – Yeni il bayramı;
20 Yanvar – Ümumxalq Hüzn Günü;
8 Mart – Qadınlar Günü;
20, 21, 22, 23, 24 mart – Novruz bayramı;
30, 31 mart – Ramazan bayramı;
9 May – Faşizm üzərində Qələbə Günü;
28 May – Müstəqillik Günü;
6, 7 iyun – Qurban bayramı;
15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü;
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;
8 Noyabr – Zəfər Günü;
9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2025-ci il tarixli 23 nömrəli qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilmişdir.
Müvafiq dəyişiklik olmadan mart ayının istehsalat norması 14 iş günü və 110 iş saatından, aprel ayı isə 21 iş günü və 168 iş saatından ibarət idi.
Əmək Məcəlləsinin 90-cı maddəsinə əsasən, bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.
Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
Buna görə də, 22 və 23 mart tarixləri həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşdüyündən 25 və 26 mart tarixləri qeyri-iş günü hesab edilmişdir.
İş və istirahət günlərinin dəyişidirilməsindən sonra beşgünlük iş qrafiki ilə çalışanlarda mart ayının 20-dən aprelin 1-dək ardıcıl 12 gün istirahət günü olacaqdır. Beşgünlük qrafiklə çalışanlarda tətildən sonra ilk iş günü aprelin 1-i olacaqdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 20-24 mart tarixlər (5 gün) Novruz bayramı tətili günləri, 25 və 26 mart tarixləri həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşdüyündən qeyri-iş günü, 27 və 28 mart tarixləri 10 mart və 1 aprel istirahət günlərinin yerləri ilə dəyişdiyindən istirahət günü və 29 və 30 mart tarixləri həftələrarası istirahət günləri, 30 və 31 mart tarixləri müvafiq qərarla Ramazan bayramı elan edildiyindən tətil günü olacaqdır. 30 mart tarixi bazar günü istirahət gününə düşdüyündən 1 aprel istirahət günü olmalı idi. Lakin, Nazirlər Kabinetinin müvafiq qərarı ilə 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirildiyindən 1 aprel tarixi iş günü olacaqdır.
Əmək Məcəlləsinin 105-ci maddəsində əsasən, mart ayının 8-i Qadınlar günü istirahət günü hesab edilir. 8 mart günü şənbə gününə təsadüf etdiyindən 10 mart həftənin birinci günü qeyri-iş günü hesab edilirdi. Lakin, Nazirlər Kabinetinin müvafiq qərarı ilə 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirildiyindən, 10 mart tarixi iş günü hesab ediləcək.
Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
Dəyişiklikdən sonra beşgünlük iş qrafiki:
Bu baxımdan, mart ayında beşgünlük qrafiklə çalışanlara 7 mart və 19 mart tarixləri qısaldılmış iş günü olacaq.
Beləliklə, beşgünlük iş qrafiki ilə çalışanlarda, mart ayında 2 gün * 7 saat qısaldılmış gün, 11 gün * 8 saat olmaqla ümumilikdə 102 iş saatı və 13 iş günü olacaqdır.
|
Mart - beşgünlük
|
||||||
|
Mon |
Tue |
Wed |
Thu |
Fri |
Sat |
Sun |
|
|
|
|
|
|
1 |
2 |
|
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
|
10 |
11 |
12 |
13 |
14 |
15 |
16 |
|
17 |
18 |
19 |
20 |
21 |
22 |
23 |
|
24 |
25 |
26 |
27 |
28 |
29 |
30 |
|
31 |
|
|
|
|
|
|
Aprel ayının istehsalat təqvimi isə aşağıdakı şəkildə olacaq:
Beşgünlük iş qrafiki ilə çalışanlarda aprel ayında 21 iş günü, 168 iş saatı olacaq idi. Lakin, müvafiq dəyişiklikdən sonra, aprel ayında 22 iş günü və 176 iş saatı olacaqdır.
|
Aprel - beşgünlük
|
||||||
|
Mon |
Tue |
Wed |
Thu |
Fri |
Sat |
Sun |
|
|
1 |
2 |
3 |
4 |
5 |
6 |
|
7 |
8 |
9 |
10 |
11 |
12 |
13 |
|
14 |
15 |
16 |
17 |
18 |
19 |
20 |
|
21 |
22 |
23 |
24 |
25 |
26 |
27 |
|
28 |
29 |
30 |
|
|
|
|
Dəyişiklikdən sonra altıgünlük iş qrafiki:
İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur.
Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn Günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2025-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1903 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.
İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur.
Altıgünlük iş qrafiki ilə çalışanlarda, 7 mart, 19 mart və 29 mart qısaldılmış iş günü olacaq.
Beləliklə, altıgünlük iş qrafiki ilə çalışanlarda mart ayının 8-i Qadınlar Günü, 20-24 mart tarixləri Novruz bayramı tətili, 25 mart tarixi həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşdüyündən tətil günü, 30 və 31 mart tarixləri Ramazan bayramı ilə bağlı qeyri – iş günü olacaq.
|
Mart - altıgünlük
|
||||||
|
Mon |
Tue |
Wed |
Thu |
Fri |
Sat |
Sun |
|
|
|
|
|
|
1 |
2 |
|
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
|
10 |
11 |
12 |
13 |
14 |
15 |
16 |
|
17 |
18 |
19 |
20 |
21 |
22 |
23 |
|
24 |
25 |
26 |
27 |
28 |
29 |
30 |
|
31 |
|
|
|
|
|
|
Altıgünlük iş qrafiki ilə çalışanlarda, 1 aprel tarixi 30 mart tarixinin yerin (həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşdüyündən) qeyri-iş günü olacaq.
|
Aprel - altıgünlük
|
|||||||
|
Mon |
Tue |
Wed |
Thu |
Fri |
Sat |
Sun |
|
|
|
1 |
2 |
3 |
4 |
5 |
6 |
|
|
7 |
8 |
9 |
10 |
11 |
12 |
13 |
|
|
14 |
15 |
16 |
17 |
18 |
19 |
20 |
|
|
21 |
22 |
23 |
24 |
25 |
26 |
27 |
|
|
28 |
29 |
30 |
|
|
|
|
|
Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2025-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1903 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
Məhz buna uyğun olaraq da Nazirliyin qərarı ilə beşgünlük iş həftəsinə uyğun olaraq iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilir. Bu səbəbdən də Nazirlər Kabinetinin iş və istirahət günlərinin ardıcıllığının təmin edilməsi məqsədilə qəbul edilən qərarı beşgünlük iş həftəsi ilə işləyənlərə aiddir.
Altıgünlük iş saatı tətbiq edilən iş yerlərində işəgötürənlər iş vaxtı rejimini tənzimləyən qaydaları özləri müstəqil tənzimləyə bilərlər. Bu baxımdan, altıgünlük iş qrafiki ilə çalışan müəssisələr iş və istirahət vaxtını dəyişmək yolu ilə istirahət günlərinin ardıcıllığı təmin edilə bilər. Məsələn, mart ayında 8 və 31 mart istirahət günləri müvafiq olaraq 26 və 27 mart iş günləri ilə dəyişdirilərək 20-27 mart (8 gün) istirahət günü elan edilə bilər. Bu, hər bir halda imperativ norma hesab edilmir.
Hazırda satışda olan əmək qanunverciliyinə dair ən son əlavə və dəyişikliklərlə təkmilləşdirilmiş (18 yanvar 2025-ci il ) praktik kitablarımız:


Kitablarımızı WHATSAPP (0554666550) – a keçid edərək sifariş edə bilərsiniz. Kitablar bütün ölkədaxili ödənişsiz çatdırılma edilir.